Türkiyəli aktrisa Aybüke Pusat yeni film layihəsinə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, sezon finalında “Halef: Köklerin Çağrısı” serialında canlandırdığı “Melek” obrazı ilə tamaşaçılarla vidalaşan aktrisa “En Mutlu Günümde” adlı filmdə rol alacaq.
Filmin ssenari müəllifi və rejissoru ilk dəfə 2017-ci ildə çəkdiyi “Martı” filmi ilə tanınan Erkan Tunç olacaq. Aybükə Pusat ekran işində təkcə aktrisa kimi deyil, həm də prodüser qismində çıxış edəcək.
Çəkilişlərinə iyulun əvvəlində İstanbulda start veriləcək filmdə Aybüke Pusat “Nesrin” obrazını canlandıracaq. “Gizem” rolunu isə Elit Andaç Çam ifa edəcək. Digər baş rol üçün aktyor seçimi ilə bağlı danışıqların davam etdiyi bildirilir.
Filmin süjetinə görə, dini icmanın himayəsi altında evlənən “Nesrin” və “Ercan” bir-birlərini daha yaxından tanıdıqca həm sevgini, həm də həyatlarını əhatə edən yalanları üzə çıxarırlar. Lakin qarşılaşdıqları həqiqətlər onları azadlığa deyil, geri dönüşü olmayan faciəli qarşıdurmaya aparır.
Son xəbərlər
Son Xəbərlər