Yeni layihəsi bəlli oldu

yeni-layihesi-belli-oldu
Oxunma sayı: 358

Türkiyəli aktrisa Hande Soralın yeni layihəsi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, aktrisa “TRT 1”də yayımlanacaq “Evlilik Güzeldir” serialında çəkiləcək.

O, ekran işində “Zeynəb” obrazını canlandıracaq.

Aktrisa, nikah məmuru “Məsud Bahtiyar”ın beş qızı arasında ən böyüyünü oynayacaq.

Serialın süjeti bir-birindən tamamilə fərqli xarakterə malik beş qızını evləndirməyə çalışan nikah məmuru atanın həyatından bəhs edir.

Anasının vəfatından sonra bacılarının məsuliyyətini üzərinə götürən fədakar “Zeynəb”in isə keçmişdə yarımçıq qalmış sevgi hekayəsi yenidən gündəmə gələcək.