Amerikalı aktyor Conni Depp rusiyalı yazıçı Mixail Bulqakovun “Master və Marqarita” romanının ingilisdilli adaptasiyasında rol alacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Məlumata görə, layihə Səudiyyə Ərəbistanındakı Qırmızı dəniz Beynəlxalq Film Festivalında elan edilib.
Xatırladaq ki, 62 yaşlı aktyor daha çox tamaşaçılara “Karib dənizinin quldurları” filmindəki “Cek Sərçə” obrazı ilə tanınır.
Son xəbərlər
Son Xəbərlər