Türkiyəli müğənni İrem Derici prodüser, DJ Melih Kunukcu ilə sevgilidir.
“Qafqazinfo” xəbər verir ki, müğənni sosial şəbəkədə yeni sevgilisi ilə fotolarını paylaşıb.
“Səni hər gecə son gecə imiş kimi sevəcəyəm...”, - deyə o yazıb.
Qeyd edək ki, Derici sevgilisi olduğunu bir müddət öncə açıqlayıb: “Həyatımda biri var. Həssas bir dövrdən keçirik. Sevmək və sevilmək gözəl şeylərdir. Evliliyim erkən verilmiş qərar idi, dözə bilmədim. Heç nəyə peşman deyiləm”.