Yenidən ekranlara qayıtdı - Görənlər tanımadı+Fotolar

yeniden-ekranlara-qayitdi
Oxunma sayı: 1119

2010–2012-ci illərdə yayımlanan “Yahşi Cazibe” serialında Simge obrazı ilə böyük məşhurluq qazanan aktrisa Hande Katipoğlu uzun fasilədən sonra yenidən ekranlara qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, serialda Hakan Yılmazın canlandırdığı Kamal obrazının sevgilisi rolunu oynayan və xüsusilə “Mağdurum da mağdurum” ifadəsi ilə yaddaşlara həkk olunan aktrisa yeni layihəsi üçün imicini kəskin dəyişib.

Belə ki, “Yahşi Cazibe”dən sonra bir sıra seriallarda rol alan Katipoğlu bir müddətdir ekranlardan uzaq idi.

O, “Evlilik Güzeldir” serialı ilə yenidən tamaşaçı qarşısına çıxıb.

İllərlə sarışın saçları ilə tanınan aktrisanın yeni rolu üçün seçdiyi qısa, qəhvəyi saçları və sadə görünüşü diqqətdən yayınmayıb.

Katipoğlunun bu dəyişimi sosial şəbəkələrdə böyük maraq doğurub.

İzləyicilər aktrisanın yeni görünüşünə “Rəsmən başqa birinə çevrilib”, “Qətiyyən tanıya bilmədim”, “Görünüşü tamamilə dəyişsə də, danışığı hələ də eynidir” kimi rəylər yazıblar.