Yeniyetmə ağır qəza törətdi, öldü

yeniyetme-agir-qeza-toretdi-oldu
Oxunma sayı: 3949

Bu gün saat 13 radələrində Şamaxının Əngəxəran kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sükan arxasında olan 2008-ci il təvəllüdlü Emil Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.