Ucar sakini kanalda batıb.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Qəzyan Arxı kanalında 16 yaşlı yeniyetmə boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Yeniyetmənin axtarışları davam edir.
***
Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində batmış 2010-cu il təvəllüdlü Əlisafa Hacıyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər