Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslan evinin qarşısında ölü tapılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qadın hadisədən iki gün əvvəl Misirdən tətildən qayıdıbmış.
Maraqlısı isə budur ki, Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.
Bununla bağlı polis idarəsində izahat verən aktyor bildirib ki, modelyerlə təxminən üç həftə əvvəl sosial media vasitəsilə tanış olub.
İki dəfə onun evinə gedib, bir dəfə isə birlikdə gəzintiyə çıxıblar.
O, həmçinin deyib ki, Eraslan xaricdən qayıtdıqdan sonra telefonla əlaqə saxlayıblar, görüşmək üçün onun evinə gedib. Bildirib ki, orada çay içiblər, lakin Ayşegül ona zarafatla şillə vurub.
Kurtuluş “belə əl-qol zarafatlarını xoşlamıram” deyərək sərt reaksiya verdiyini qeyd edib.
Xatırladaq ki, Sunay Kurtuluş Türkiyənin izlənmə rekordu qıran seriallarından biri olan “Yeraltı”da “Adnan” obrazını canlandırır
Hadisə ilə bağlı araşdırma gedir.



Son xəbərlər
Son Xəbərlər