Yevlaxda iki yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda olub.
Belə ki, çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan digər yük maşını ilə toqquşub.
Qəza nəticəsində 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firidunov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kamaz” markalı yük avtomobili, “Renault” markalı avtomobildaşıyan və “Hyundai” markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və “Kamaz” markalı avtomobilin sürücüsü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1981-ci il təvəllüdlü Firuddinov Ramil Allahverən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər