Yol kənarındakı maşına çırpıldı, yükləri yola dağıldı - Video

yol-kenarindaki-masina-cirpildi-yukleri-yola-dagildi
Oxunma sayı: 651

Bakı–Qazax avtomobil yolunun 56-cı km-liyində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb. 

Bildirilib ki, sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. 

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.