Yollarda duman olacaq - Sürücülərin nəzərinə!

yollarda-duman-olacaq
Oxunma sayı: 243

Azərbaycanın magistral avtomobil yollarında oktyabrın 4-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.