Quba-Qonaqkənd yolu torpaq sürüşməsi ilə əlaqədar bağlanıb.
“Qafqazinfo” Şimal.News-a istinadən xəbər verir ki, yolun 42-ci kilometrliyində baş verən sürüşmə nəticəsində dörd inzibati ərazi dairəsinə aid 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Quba Rayon İcra Hakimiyəti başçısının müavini Tariyel İbrahimov bildirib ki, yolun təxminən bir kilometrlik hissəsi sürüşmə nəticəsində tamamilə dağılaraq keçilməz hala düşüb. Həmçinin ərazidəki qaz və rabitə xətləri də sıradan çıxıb. Bu gün səhər saatlarından başlayan sürüşmə prosesi hələ də davam edir. Nəqliyyat əlaqəsi kəsilən kəndlərdə 11 mindən çox əhali yaşayır.
Əraziyə Quba Fövqəladə Hallar Komissiyasının və digər müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər