Yük maşınının altında qalıb öldü

yuk-masininin-altinda-qalib-oldu
Oxunma sayı: 2976

Bu gün Mingəçevir şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 08 radələrində Rauf Şamilov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən 1978-ci il təvəllüdlü İradə Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.