“Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində də bəzi mühüm yeniliklər var. Bunlardan biri yükdaşıma sektorunda sadələşdirilmiş vergi rejiminin tətbiqidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq bu təklif irəli sürülüb. Belə ki, ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur. Kapital bazarlarının inkişafının dəstəklənməsi cari ildə də vergi siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə səhm və istiqraz bazarlarının inkişafını stimullaşdıran vergi təşviqlərinin tətbiqi siyasəti davam etdirilcək”, - DVX rəisi qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər