Xaricdə yaşayan azərbaycanlılarla görüşlərin mütəmadi təşkili Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihə və proqramlar arasında xüsusi əhəmiyyət kəsb edir, qlobal Azərbaycan icmasının yaradılması məqsədini daşıyır.
“Qafqazinfo” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Yunanıstana səfəri çərçivəsində paytaxt Afinada azərbaycanlılarla görüşərək diaspor fəaliyyətinin yol xəritəsini müzakirə etməsi bu məqsədin tərkib hissəsidir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə ölkə başçısının çıxışlarının yer aldığı videoçarxlar nümayiş olunub, Azərbaycan icmasının fəaliyyəti, milli həmrəyliyin gücləndirilməsi və gələcək təşəbbüslərin dəstəklənməsi məsələləri diqqət mərkəzinə gətirilib.
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov çıxışında bildirib ki, icma görüşü xaricdə yaşayan azərbaycanlıların daim dövlətimizin diqqətində olduğunu göstərir. Səfir, həmçinin Yunanıstanda yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasından, Azərbaycanın tanıdılması istiqamətində uğurlu təşəbbüslərindən danışıb.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid milli kimlik ətrafında birləşməsinə, sürətli icmalaşma prosesinə böyük töhfə verir”, – bu sözləri komitə sədri çıxışında səsləndirib. Komitənin layihə və proqramları barədə müfəssəl məlumat verən sədr qeyd edib ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların koordinasiyalı fəaliyyətinin gücləndirilməsi, ölkəmizi uğurla təmsil etmələri istiqamətində mühüm irəliləyiş əldə olunub.
Daha sonra Şərqi Avropa Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Yunanıstanın Afina şəhəri üzrə koordinatoru seçilib. Koordinator Yunanıstanda yaşayan azərbaycanlıların təşkilatlanması ilə bağlı fikir və təkliflərini səsləndirib.
Səmimi şəraitində davam edən görüşdə icma üzvlərini maraqlandıran suallar cavablandırılıb və yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları xaricdə yaşayan azərbaycanlılara göstərilən davamlı diqqət və qayğıya, eləcə də milli birliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, təkcə 2025-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşlarının 30 ölkəyə səfəri təşkil olunub, komitənin və diasporun təşəbbüsü ilə xarici ölkələrdə 800 tədbir baş tutub. Bu proses 2026-cı ildə yüksələn xətlə davam edir.














Son xəbərlər
Son Xəbərlər