“Yuventus” və “Beşiktaş”dan darmadağın - AL-də gecənin nəticələri

yuventus-ve-besiktasdan-darmadagin
Oxunma sayı: 424

UEFA Avropa Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, 1-ci turun ikinci oyun günündə keçirilən 9 qarşılaşmada maraqlı nəticələr qeydə alınıb.

Gecənin mərkəzi matçında İtaliya nəhəngi “Yuventus” Niderlandın “Neymegen” kollektivini qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı darmadağını ilə başa çatıb.

Türkiyə təmsilçisi “Beşiktaş” isə doğma meydanda Fransanın “Olimpik Marsel” komandasını 4:1 hesabı ilə məğlub edib.

AL-də günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

OFİ (Yunanıstan) – “Hoffenhaym” (Almaniya) — 2:0

“Levski” (Bolqarıstan) – “Zaltsburq” (Avstriya) — 0:1

“Real Sosyedad” (İspaniya) – “Bornmut” (İngiltərə) — 1:2

“Kristal Pelas” (İngiltərə) – “Lex” (Polşa) — 4:0

“Seltik” (Şotlandiya) – “Ferentsvaroş” (Macarıstan) — 1:3

“Viktoriya” (Çexiya) – “Union” (Belçika) — 0:3

“Lilleström” (Norveç) – “Unian Torrense” (Portuqaliya) — 1:2