Bakı şəhəri, Sabunçu rayonunda spirtli içkidən zəhərlənən gənc ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə martın 11-də gecə saatlarında Zabrat qəsəbəsindəki “Ayxan” şadlıq evində baş verib.
Burada keçirilən nişan mərasimində iştirak edən 2000-ci il təvəllüdlü K.Q. spirtli içkidən zəhərlənib və halı qəfil pisləşib. O, şadlıq evindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
"Ayxan" şadlıq evinin rəhbərliyi "Qafqazinfo"ya bildirib ki, hadisə nişan mərasimindən bir neçə saat sonra baş verib: "Nişan məclisi saat 9-10-da başa çatıb. Bundan sonra həmin oğlan evinə gedib. Ölüm hadisəsi isə gecə saat 1-də baş verib. Əgər zəhərlənmə olsaydı, nişanda iştirak edən 150 nəfər arasında digər şəxslər də zəhərlənərdi".
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər