Zakir Fərəcov sakinlərlə görüş keçirdi - Fotolar

zakir-ferecov-sakinlerle-gorus-kecirdi
Oxunma sayı: 346

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 8-ci mikrorayon ərazisində sakinlərlə səyyar qəbul-görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlərin müraciətləri, onları narahat edən məsələlər və ərazinin sosial-məişət problemləri dinlənilib.

Şəhər rəhbəri vətəndaşlarla səmimi söhbət apararaq onların təklif və müraciətlərini diqqətlə dinləyib.

Görüşdə əsasən şəhər təsərrüfatı, kommunal xidmətlər, sosial təminat, məşğulluq və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Zakir Fərəcov hər bir müraciətin aidiyyəti üzrə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Səyyar qəbul zamanı şəhər sakinləri ilə birbaşa ünsiyyətin və onların problemlərinin yerində öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması və həlli Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəaliyyətində əsas istiqamətlərdən biridir.

Görüşdə iştirak edən sakinlər müraciətlərinin dinlənilməsinə və qaldırılan məsələlərə diqqətlə yanaşılmasına görə razılıqlarını ifadə ediblər.