Zaporojyeyə hücum - 13 ölü, 30 yaralı+Yenilənib

zaporojyeye-hucum
Oxunma sayı: 4378

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərinə hava hücumu edib.

“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

“Yerli saatla 15:17 radələrində idarə olunan bomba və ballistik raketlərdən istifadə təhlükəsi ilə əlaqədar Zaporojye vilayətində hava hücumu xəbərdarlığı elan edilib”, - o qeyd edib.

Hücum nəticəsində bir nəfərin öldüyü, altı nəfərin isə yaralandığı bildirilir.

***

Zaporojye Şəhər Şurasının katibi Regina Xarçenkonun sözlərinə görə, hücum nəticəsində ölənlərin sayı 13-ə çatıb, 18 nəfər xəsarət alıb.

***

Hücum nəticəsində xəsarət alanların sayı artıb.

Administrasiya rəhbərinin sözlərinə görə, xəsarət alan 30 nəfər rayon mərkəzindəki xəstəxanalara çatdırılıb.