Zaqatalada minik avtomobili elektrik dirəyinə çırpılıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “VAZ 2106” markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə zamanı sürücü xəsarət alaraq Zaqatala rayon xəstəxanasına yerləşdirilib.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər