ARB TV-nin tanınmış aparıcısı Zaur Kamal yenidən efirə qayıdacaq.
“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, Zaur Kamal mayın 4-də ARB TV-də adı hələlik bəlli olmayan proqramla efirə çıxacaq.
Teleaparıcının “Həmin Zaur” layihəsinin adı dəyişdirilərək, başqa adla təqdim ediləcək.
Zaur Kamal da məsələ barədə açıqlama verib: “Mayın 4-də efirə qayıdırıq. ARB TV-də yayımlanacaq”.
Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb. Buna səbəb kimi həmin proqramların bayağılığı və etik normalara uyğunsuzluğu göstərilib.
***
ARB TV-nin direktor müavini Vüsalə Vəliyeva Zaur Kamalın açıqlamasını təkzib edib:
“Zaur Kamalın verdiyi açıqlama və özünün etdiyi paylaşım yanlışlıqla olub. O, ümumiyyətlə, efirdə olmayacaq. ARB-də yeni layihələr gözlənilir. Ola bilər ki, həmin studiyalardan istifadə edilsin”.
***
Zaur Kamal efirə qayıdacağına dair paylaşım etsə də, təkzibdən sonra həmin paylaşımı instaqram hesabından silib.
.jpg)
Son xəbərlər
Son Xəbərlər