Zaur Kərimov istefa verib - Yenilənib

zaur-kerimov-istefa-verib
Oxunma sayı: 11412

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

Daha sonra Q.Təhməzlinin müvafiq Əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.

Onun vəzifəsi Agentliyin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib.

Z. Kərimovun istefa vermə səbəbi bəlli deyil.

Qeyd edilib ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından biri hesab edilir.

***

AQTA-nın mətbuat katibi İlkin Kərimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sözügedən xəbər köhnə məlumat əsasında hazırlanıb:

“Belə ki, Zaur Kərimov 4 ay bundan əvvəl, yəni daha dəqiq desək, 16 dekabr 2024-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib və elə həmin tarixdən etibarən bu vəzifəni Cəbrayılov Elşad Mehman oğlu icra edir”.