Zavoddakı partlayışa görə 3 günlük matəm elan edildi

zavoddaki-partlayisa-gore-3-gunluk-matem-elan-edildi
Oxunma sayı: 2211

Rusiyanın “Nijnekamskneftexim” zavodunda baş vermiş hadisə ilə əlaqədar Nijnekamsk şəhərində 3 günlük matəm elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər meri Radmir Belyayev öz “Telegram” kanalında məlumat yayıb. 

Matəmlə əlaqədar olaraq şəhərdə keçirilməsi planlaşdırılan bütün əyləncəli və kütləvi tədbirlər təxirə salınıb. Müəssisə binalarında dövlət bayraqları endirilib. 

Xatırladaq ki, ötən gün “Nijnekamskneftexim” zavodunda partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub, daha 72 nəfər isə xəsarət alıb.