Zəfər Günü münasibətilə “Kral” şadlıq sarayında tədbir keçirildi - Fotolar

zefer-gunu-munasibetile-kral-sadliq-sarayinda-tedbir-kecirildi
Oxunma sayı: 664

8 Noyabr - Zəfər Günü münasibətilə “Kral” şadlıq sarayında tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən tədbir iştirakçıları 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu bildiriblər.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər çıxış edərək Vətən müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər, onların işıqlı xatirəsi bir daha anılıb.