“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib - Fotolar

zefer-nesli-gencler-dusergesi-kecirilib
Oxunma sayı: 277

7-9 noyabr 2026-cı il tarixində Quba şəhərində yerləşən “Quba Olimpiya İdman Kompleksi”də Gənclər və İdman Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfər nəsli” gənclər düşərgəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şəhid övladlarının iştirak etdiyi düşərgənin keçirilməsində məqsəd, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin əhəmiyyətini təbliğ etmək, milli qürur və vətənpərvərlik hisslərini gücləndirmək, şəhidlərimizin xatirəsini yad etmək və Zəfər tariximizi gələcək nəsillərə çatdırmaqdır.

Düşərgə müddətində iştirakçılar üçün “İdeyadan tədbiqə: Süni intellekt necə işləyir?” və “44 günlük müharibədən bu günkü kiber təhdidlərə” adlı təlimlər keçirilib.

Daha sonra gənclər Zəfər tarixini və ümumi dünya görüşünü əks etdirən intellektual oyunda öz güclərini sınayıblar.  Aktiv və qalib gənclərə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən hədiyyələr verilib.