Zelenski Nəriman Cəlalı Türkiyəyə səfir göndərdi

zelenski-neriman-celali-turkiyeye-sefir-gonderdi
Oxunma sayı: 3312

Ukrayna Prezidenti Volodimir Zelenski Krım Tatar Xalq Məclisinin sədrinin müavini Nəriman Cəlalı ölkənin Türkiyədəki səfiri təyin edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.

Qeyd edək ki, N. Cəlal eyni zamanda jurnalist və hüquq müdafiəçisidir. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib.

2021-ci ilin sentyabrında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təxribat ittihamı ilə saxlanılıb. 2024-cü ilin iyununda əsir mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb.