“Zelenski saziş bağlamaq istəyir”

zelenski-sazis-baglamaq-isteyir
Oxunma sayı: 938

“Ukrayna Prezidenti Volodimir Zelenski saziş bağlamaq istəyir”.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda Ukrayna lideri ilə keçirdiyi görüş haqqında danışarkən bildirib.

“Bütün parametrlər məlumdur. Biz yeni bir şey müzakirə etmədik, bu məsələlər artıq 6-7 aydır müzakirə olunur. O (Zelenski - red.) gəldi və dedi ki, razılaşmaq istəyir”, - Ağ Ev rəhbəri söyləyib.

Tramp həmçinin Ukraynada müharibənin bitməsini arzuladığını söyləyib.

“Bilirsiniz, bu bizim üçün heç nədir. Biz pul qazanırıq. Mən pul qazanmaq istəmirəm, amma biz bunu edirik, Bayden isə 350 milyard dollar vermişdi”, - o əlavə edib. 

ABŞ lideri Rusiyanın enerji sistemlərinə hücumları səbəbindən ukraynalıların hansı şəraitdə yaşamalı olduqlarına da toxunub: “Görəndə ki, onlar (ukraynalılar - red.) istilik təminatı olmadan, 20 dərəcə şaxtada necə yaşayırlar... Başa düşürsən ki, orada çox soyuqdur. Orada əsasən Kanadadan daha soyuqdur. Onların sağ qalmaq üçün etdikləri sadəcə heyrətamizdir”.

Xatırladaq ki, yanvarın 22-si baş tutan və bir saatdan az davam edən görüşdən sonra liderlər mətbuat konfransı keçirməyiblər.