Zelenski üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib

zelenski-ucterefli-danisiqlarin-kecirileceyini-tesdiqleyib
Oxunma sayı: 396

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə noyabr ayının əvvəlində üçtərəfli görüşün keçirilməsi planlarını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bu barədə Vaşinqtonun Hadson İnstitutunda (Hudson Institute) onlayn çıxışı zamanı bəyan edib.

Zelenski ABŞ Prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla telefon danışığı apardığını diqqətə çatdırıb:

“Biz istənilən gün, hətta sabah da görüşməyə hazırıq, lakin hər şey rusiyalılardan asılıdır. Bu cür diplomatik təmasların hələ sentyabr ayında baş tutması gözlənilirdi, lakin Rusiya tərəfi danışıqlardan imtina etmək üçün bəhanə tapdığından görüş təxirə düşmüşdü”. 

Məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da açıqlama verərək görüşün noyabr ayının ilk yarısında BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təşkil olunacağını bildirib. Peskovun sözlərinə görə, üçtərəfli danışıqların əsas müzakirə mövzusu dinc tənzimlənməyə nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi mexanizmləri olacaq.