Zəlzələdə ölənlərin sayı 144-ə çatdı - Yenilənib

zelzelede-olenlerin-sayi-144-e-catdi
Oxunma sayı: 11100

Myanmanın mərkəzində 7,7 bal gücündə güclü zəlzələ baş verib.

“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Myanmanın Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə, yerli vaxtla saat 12:50 radələrində baş verib.

***

AFP-nin xəbərinə görə, zəlzələ anında Banqkokda tikintisi davam edən hündürmərtəbəli binada işləyən 43 işçi dağıntılar altında qalıb. Bütünlükdə tələfatla bağlı hələlik məlumat verilməyib. Dağıntılar altında qalanların axtarışları davam etdirilir.

Tailandın Baş naziri təbii fəlakətlə bağlı şəhərdə fövqəladə vəziyyət elan edib.

***

“News18”in xəbərinə görə, Myanmada baş verən güclü zəlzələ nəticəsində Mandaliya ərazisindəki məscid də uçub. Məlumata görə dağıntılar arasından 20 nəfərin meyiti çıxarılıb.

***

Myanmada baş verən zəlzələ nəticəsində 144 nəfər ölüb, 732 nəfər isə yaralanıb.

AFP-nin yaydığı məlumatda bildirilib ki, sayın artacağı ehtimal olunur.