Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

zelzeleden-zerercekenlere-1-milyon-dollar-bagisladi
Oxunma sayı: 714

Amerikalı müğənni Beyons Kolumbiyada baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə bir milyon dollar ianə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Variety” nəşri müğənninin şirkəti olan “Parkwood Entertainment”in bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, ianə zəlzələdən ən çox zərər çəkmiş əraziləri ərzaq və zəruri ləvazimatlarla təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, 10 avqustda Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib.