Zəncirvari qəzada 6 maşın əzildi - Fotolar

zencirvari-qezada-6-masin-ezildi
Oxunma sayı: 1885

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran şəhərinin “Böyük bazar” deyilən ərazisində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq ətrafda olan digər avtomobillərə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov