Zəncirvari qəzada ölən və yaralananların adları bilindi - Video - Yenilənib

zencirvari-qezada-olen-ve-yaralananlarin-adlari-bilindi
Oxunma sayı: 3307

Biləsuvarda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Niva” və “Mercedes” markalı avtomobillər daha iki nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində “Mersedes” markalı avtomobilin sərnişini dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza “Niva” markalı avtomobilin sürücüsünün qəfildən idarəetməni itirməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənin və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Hadisə nəticəsində ölən 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğludur.

Xəsarət alanlar isə Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur.

Surxay Şahbazov