“Zəngəzur dəhlizi dünyanın ən yüksəktutumlu ticarət marşrutuna çevriləcək”

zengezur-dehlizi-dunyanin-en-yuksektutumlu-ticaret-marsrutuna-cevrilecek
Oxunma sayı: 300

“Zəngəzur dəhlizinin tam istifadəyə verilməsi Türk dünyası ilə nəqliyyat əlaqələrini daha da gücləndirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri abdulkadir Uraloğlu “Haber Global” televiziyasına müsahibəsibdə bildirib.

Nazirin sözlərinə görə, Zəngəzur Dəhlizi ikiqat yol formatında tətbiq edildiyi halda, dünyanın ən yüksəktutumlu ticarət marşrutlarından birinə çevriləcək.

O vurğulayıb ki, bu layihə Türk dövlətləri arasında daha birbaşa və təhlükəsiz nəqliyyat imkanları yaradacaq.

A.Uraloğlu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təmir səbəbindən bir müddət bağlı qalmasını xatırladaraq, alternativ marşrutlara ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi bu ehtiyacı qarşılayacaq və fövqəladə hallarda mühüm rol oynayacaq.