“Zirə” 3 xalı 3 qolla qazandı

zire-3-xali-3-qolla-qazandi
Oxunma sayı: 1772

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun qapanış matçında isə “Zirə” “Sumqayıt”ı sınağa çəkib.

Dörd qolluq qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında heç-heçə (1:1) qeydə alınıb, “Sabah” “Səbail”ə (3:2), “Qarabağ” “Neftçi”yə (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası
31-ci tur
20 aprel

“Zirə” – “Sumqayıt” 3:1
Qollar: Georgi Papunaşvili, 6. Martins Junior, 45+1. Salifu Suma, 89 – Bobur Abduholikov, 52.
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
Zirə İdman Kompleksinin Stadionu, 19:00.