“Zirə” “Torpedo”nu yenə darmadağın edir - Canlı-Yenilənir

zire-torpedonu-yene-darmadagin-edir
Oxunma sayı: 3019

“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Gürcüstanda “Torpedo” ilə üz-üzə gələcək.

Kutaisidəki “Şengeliya Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında ilk oyunda “Zirə” 3 cavabsız qolla qələbə qazanıb.

Cütün qalibi növbəti mərhələdə “Hegelmann”(Litva) – “Payde” (Estoniya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan)

Baş hakim: Mihali Kapray.

İlk oyun - 0:3.

***

Komandaların start heyətləri bəlli olub:

“Torpedo”: 1 Qoşadze, 15 Kuprava, 24 Latsabidze, 4 Şimiç, 33 Stamatov, 22 Bukia, 7 Mamuçaşvili (k), 20 Skorup, 11 Arabidze, 9 Andriç, 14 Felipe Pires.

Ehtiyat oyunçular: 31 Klyayiç, 38 Kopaliani, 5 Nadaraya, 6 Şerif, 8 İtrak, 29 Çitaişvili, 30 Antia, 35 Deisadze, 36 Pridonişvili, 39 Pinson.

“Zirə”: 13 Aydın Bayramov, 32 Qismət Əliyev (k), 4 Ruan Renato, 5 Mutsinzi Anje, 2 Amin Seydiyev, 17 Vieyra, 21 Quima, 93 Brahim Konate, 11 Martins Junior, 9 Davit Volkov, 7 Eren Aydın.

Ehtiyat oyunçular: 72 Hüseynəli, 99 Səlim Həşimov, 6 Hacıağa Hacılı, 8 İsmayıl İbrahimli, 10 George Papunaşvili, 14 Elçin Əlicanov, 20 İssa Cibrilla, 22 Ayxan Hüseynov, 29 Krisdiqbeu, 57 Yusif Hacıyev, 70 Namik Ələskərov, 77 Yeqor Boqomolski.

***

Matç başladı.

***

Eren Aydın 25-ci dəqiqədə hesabı açır.

***

Amin Seydiyev 39-cu dəqiqədə komandasının ikinci qolunu vurur.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Eren Aydın 57-ci dəqiqədə dublunu rəsmiləşdirir.