16 ildən sonra qayıtdı...

16-ilden-sonra-qayitdi
Oxunma sayı: 7665

Türkiyəli aktrisa Arzum Onan illər sonra yenidən ekrana qayıdır.

“Qafqazinfo” “Cumhuriyet”ə istinadən xəbər verir ki, aktrisa 16 il sonra “Bi umut” filmi üçün kamera qarşısına keçəcək. 

O, layihədə “Fatma” obrazını canlandıracaq. 

Qeyd edək ki, Arzum son olaraq 2009-cu ildə “Aşkın İkinci Yarısı” filmində rol alıb.

Onu da əlavə edək ki, aktrisa 1993-cü ilin aprelində “Türkiyə gözəli”, həmin ilin iyulunda isə “Avropa gözəli” seçilib.

Onan 2023-cü ildə 27 illik həyat yoldaşı, aktyor Mehmet Aslantuğdan boşanıb. Cütlüyün bir övladı var. Sənətçi hazırda türk iş adamı Orkan Özkan ilə sevgilidir.