Xorxe Xesus istefaya göndərildi

xorxe-xesus-istefaya-gonderildi
Oxunma sayı: 1888

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçisi Xorxe Xesusu istefaya göndərib.

“Qafqazinfo” UOL nəşrinə istinadən xəbər verir ki, buna səbəb komandanın Asiya Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırması olub.

Qeyd edək ki, “Əl-Hilal” bir neçə gün öncə Asiya Çempionlar Liqasında “Əl-Əhli”yə uduzaraq mübarizəni yarımfinalda dayandırıb.

Xatırladaq ki, Xesus ötən mövsüm “Əl-Hilal”la həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə kubokunu qazanmışdı.