Üç müavini vəzifəsindən azad olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı üçə düşüb.
“Qafqazinfo” xəbər verir ki, 6 müavini olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bugünədək müavin sayında iqtisadiyyat naziri Mikayıl Cabbarov və xarici işlər naziri Ceyhun Bayramovla eyni mövqedə idi.
Bir gündə 3 müavini vəzifələrindən azad edildikdən sonra onun müavinləri Rəfael Mirzəyev (I müavin), Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu) və Adil Abdullayevdir.
Bununla o, 3 müavini olan maliyyə, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirləri ilə eyni sıradadır.
Qeyd edək ki, ötən ilin dekabrında isə nazirin daha bir müavini general-mayor Teymur Mehdiyev vəzifəsindən azad olunmuş, bununla nazir müavin sayındakı liderliyini itirmişdi.
Əlavə edək ki, T.Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Son xəbərlər
Son Xəbərlər