Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı - Fotolar

kemaleddin-heyderovun-3-muavini-isden-cixarildi
Oxunma sayı: 10519

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

“Qafqazinfo” Manset.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. 

Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Fotoda: Faiq Tağızadə

Fotoda: Etibar Mirzəyev

Fotoda: Orucəli Hacıyev