6,24 milyona aldığı bananı yedi - Video

624-milyona-aldigi-banani-yedi
Oxunma sayı: 7669

Kriptovalyuta sahəsində fəaliyyət göstərən sahibkar Castin San hərracda 6,24 milyon dollara aldığı divara yapışdırılmış banan konseptual əsərini yeyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Barron’s” yayıb. 

Bildirilib ki, San italyan sənətçi Mauriso Kattelanın “Komediyaçı” adlanan əsərini bir neçə gün əvvəl “Sotheby’s” hərracında əldə edib.

Bu zaman o, əsərdə yer alan bananı yeyəcəyini bildirmişdi.

Bu gün isə, çinli sahibkar vədinə əməl edərək bananı mətbuat konfransında jurnalistlərin önündə yeyib. 

“Bu, digər bananlardan daha yaxşıdır. Bu, həqiqətən də çox dadlıdır”, - deyə San qeyd edib. 

Qeyd edək ki, “Komediyaçı” konseptual əsəri 2019-cu ildə Mauriso Kattelan tərəfindən yaradılıb. Sadəcə banan və skoçdan ibarət olan eksponat elə həmin il 120 min dollara satılmışdı. Beş ildən sonra onun dəyəri 50 dəfə artıb. Rəssamın fikrincə, banan xarab olmağa başladıqda onu yenisi ilə dəyişmək lazımdır.