Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın münaqişənin nizamlanması ilə bağlı təkliflərini Kiyev üçün sərfəli olmadığına görə tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Al Jazeera” telekanalına müsahibəsində deyib.
“Ümid edirəm ki, o bu müharibəni bitirmək üçün yol axtarmağa davam edəcək, amma elə bir yol ki, bunun bədəlini Kiyev ödəməli olmasın. Çünki bu, düzgün deyil”, — deyə o vurğulayıb.
Telekanalın məlumatına görə, Zelenski bununla Trampın sülh sazişi ilə bağlı təklifini rədd edib.
Son xəbərlər
Son Xəbərlər