“ABŞ-nin Suriyadakı hərbi mövcudluğunu 1000-dən az əsgərə endiriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Pentaqonun sözçüsü Sean Parnell açıqlayıb.
Açıqlamada qalan əsgərlərin İŞİD-ə qarşı hücumlar təşkil edə biləcəkləri qeyd edilib.
“Bu gün Müdafiə Naziri Birləşmiş Ştatların Suriyadakı qüvvələrinin Birləşmiş Müştərək İşçi Qüvvəsinin azaldılması əmrini verib. Qismən geri çəkilməyə baxmayaraq, ABŞ hələ də bölgədə qalan İŞİD qruplaşmalarına qarşı hücumlar təşkil etmək gücünə malik olacaq”.