Ümit Karandan həbs olunması ilə bağlı xəbərlərə cavab - Video

umit-karandan-hebs-olunmasi-ile-bagli-xeberlere-cavab
Oxunma sayı: 3129

Təcavüzdə ittiham olunaraq həbs edildiyi deyilən Türkiyə yığmasının sabiq üzvü Ümit Karan açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o bu barədə instaqram hesabında paylaşım edib. 

Ü.Karan məsələyə bu cür aydınlıq gətirib: “2015-ci ildən bir cinayət işim var idi. Vəkillərlə birlikdə məhkəmədə lazım olan prosedurları etdim. Hazırda həbsdə deyiləm. Yalan xəbərlər yazmaq lazım deyil”.