Ağ Ev ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı görüşünü şərh edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda departament bəyanat yayıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Ər-Riyaddakı görüş Ukraynadakı münaqişənin həlli istiqamətində ilk addımdır:
“Bu, sülhə doğru həqiqətən də möhtəşəm bir addımdır”.
Levitt əlavə edib ki, böhranı həll etmək üçün bütün tərəfləri dinləmək və onlarla ortaq dil tapmaq lazımdır.
ABŞ və Rusiya arasında 4,5 saat davam edən danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkələr diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
ABŞ dövlət katibi Marko Rubio əlavə edib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaqlar.