AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi

ap-yeni-avropa-komissiyasinin-butun-terkibini-tesdiqledi
Oxunma sayı: 1000

Avropa Parlamenti (AP) növbəti beş il üçün yeni Avropa Komissiyasının bütün 26 komissarını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 17-də Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Estoniyanın keçmiş Baş naziri Kaya Kallasın Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib. Onun sələfi Cozep Borrelin səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq.