Azərbaycan İsraildə səfirlik açır - Tarixi qərar qəbul edildi

azerbaycan-israilde-sefirlik-acir
Oxunma sayı: 7165

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Həmçinin oxuyun: Триумф стратегического партнерства Азербайджана и Израиля

Bundan əlavə, “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, həmçinin Azərbaycanın Albaniya və Keniyada diplomatik nümayəndəliklərinin açılmasına dair qanun layihəsi müzakirə ediləcək.

***

Milli Məclisdə tarixi qanun layihəsi müzakirələrdən sonra qəbul olunub. Qanun layihəsinin lehinə 88 deputat səs verib, bir nəfər səsvermədə iştirak etməyib.

Eldar Tanrıverdi