Bakıda küçənin ortasında qadını bıçaqlayıb maşınla qaçdı - Video + Yenilənib

bakida-kucenin-ortasinda-qadini-bicaqlayib-masinla-qacdi
Oxunma sayı: 9087

Bakıda qadın tanışı tərəfindən küçənin ortasında bıçaqlanıb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, hadisə zamanı qadına 9 bıçaq zərbəsi vuran naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. 

Xəbəri rus dilində oxuyun: В Баку мужчина зарезал женщину и скрылся на машине - Видео

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sonradan hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaxınlıqdakı xəstəxənaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.

***

Tanışını bıçaqlayıb qaçan şəxsin xəbər saytlarında paylaşılan görüntüləri ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü A.İsazadə müəyyən olunaraq saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırmalar davam etdirilir.