Bank kartından 603 manat oğurladı, tutuldu

bank-kartindan-603-manat-ogurladi-tutuldu
Oxunma sayı: 3044

Paytaxtın Nizami rayonu ərazisində bir nəfərin bank kartından 603 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.