“Barselona”nın futbolçusunu “Real Madrid”ə dəvət etmək istəyir

barselonanin-futbolcusunu-real-madride-devet-etmek-isteyir
Oxunma sayı: 389

Portuqaliyalı baş məşqçi Joze Mourinyonun “Barselona”nın futbolçusu Markus Reşfordu “Real Madrid”ə gətirməkdə maraqlı olduğu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Metro” nəşri məlumat yayıb.

Gələn həftə “Real Madrid”ə təyinatı açıqlanacaq Mourinyonun rəhbərlikdən hücumçunu gətirməyi şəxsən xahiş etdiyi bildirilir.

Qeyd edək ki, Mourinyo və Reşfordu əvvəllər bir neçə mövsüm “Mançester Yunayted”də birlikdə çalışıb.