Ərdoğandan zəlzələ ilə bağlı ilk açıqlama

erdogandan-zelzele-ile-bagli-ilk-aciqlama
Oxunma sayı: 12144

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı güclü zəlzələ ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, Ərdoğan baş verənləri izlədiklərini bildirib.

“Millətimizə keçmiş olsun”, - deyə, o əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti İstanbulda ard-arda baş verən zəlzələlər barədə 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təhsil naziri Yusuf Tekini və uşaqları Prezident iqamətgahında qəbul edərkən məlumatlandırılıb.